
Bakı. Trend:
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun
vurulub.
Trend-in
məlumatına görə, “Kristal Pelas” İngiltərədə Ukraynanın “Şaxtyor”
komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk
oyundakı kimi minimal hesabla məğlub olublar.
Beləliklə, “Kristal Pelas” və “Rayo Valyekano” finala vəsiqə
qazanıb.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil
olunacaq.

