ABŞ İranın hərbi obyektlərinə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Hörmüz boğazından keçən raket esminetslərinə edilən
hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr
endirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandalığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.




“CENTCOM təhdidləri aradan qaldırıb və ABŞ qüvvələrinə hücumdan
məsul olan İran hərbi obyektlərinə, o cümlədən raket və dron
buraxılış məntəqələrinə, komandanlıq məntəqələrinə, müşahidə və
kəşfiyyat obyektlərinə zərbələr endirib”, – deyə bildirilib.

Qeyd edilib ki, Mərkəzi Komandanlıq eskalasiya istəmir, lakin
Amerika qüvvələrini müdafiə etməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir