İranda müəmmalı partlayış səsləri eşidildi

Baş səhifə

Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Fars” xəbər agentliyi yayıb.

Məlumata görə, yerli sakinlər şəhərin müxtəlif istiqamətlərindən gələn və partlayışı xatırladan güclü səslər eşitdiklərini bildiriblər. Agentlik qeyd edib ki, hazırda həmin səslərin dəqiq mənbəyi və səbəbi araşdırılır.

Bununla yanaşı, “Mehr” agentliyi Qəşm adasında da oxşar səslərin qeydə alındığını bildirib.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir