
Bakı. Trend:
Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir
ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və
Xocavənd şəhərlərinə yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən,
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşan ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə – 156 nəfər, Xocavənd
şəhərinə isə 57 ailə – 206 nəfər köçürülüb.

