İnsan alveri qurbanları ən çox bu bölgələrdəndir 

Baş səhifə

Azərbaycanda insan alveri qurbanlarının ən çox qeydə alındığı şəhər açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, 2025-ci ildə insan alveri qurbanlarının şəhər və rayonlar üzrə bölgüsündə ilk sırada Bakı qərarlaşıb.
Hesabatda paytaxtda 9 insan alveri qurbanının müəyyən edildiyi bildirilib.

Sənədə əsasən, Zərdab rayonunda 3, Abşeron, Ağdam, İsmayıllı, Gəncə, Sumqayıt, Kürdəmir, Kəlbəcər, Naxçıvan və Şəmkirdə isə hər birində 2 nəfər insan alveri qurbanı qeydə alınıb.

Ağsu, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Quba, Şabran, Laçın, Lənkəran, Masallı, Gədəbəy, Göyçay, Zəngilan, Şamaxı, Yevlax və Xocalıda isə hər birində 1 nəfər insan alveri qurbanı müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir