Misli Premyer Liqasında 31-ci tur başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək.

Trend xəbər
verir ki, ilk oyun günündə iki gprüş keçiriləcək.

Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən “Zirə”
9-cu pillədə qərarlaşan “İmişli”nin qonağı olacaq. Komandaların ilk
iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib – 1:1,
0:0.

Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu
rəsmiləşdirən “Sabah” Premyer Liqada qalmaq üçün çalışan “Kəpəz”i
qəbul edəcək. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında “Sabah” qalib gəlib – 3:1, 1:0.

8 may

Misli Premyer Liqası
31-ci tur

16:30 “İmişli” – “Zirə”
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu




19:30 “Sabah” – “Kəpəz”
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”

9 may (şənbə)

17:00.“Qəbələ” – “Qarabağ”
19:30.“Sumqayıt” – “Araz-Naxçıvan”

10 may (bazar)

17:00.“Turan Tovuz” – “Karvan Yevlax”

19:30“Neftçi” – “Şamaxı”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir