ABB səhmdarlara 200 milyon manat dividend ödəyəcək

Baş səhifə

Bakı. Trend:

ABB səhmdarlarına 200 milyon manat dividend ödənilməsi barədə
qərar qəbul edib.

Trend xəbər
verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın
dayanıqlılıq hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında
deyib.




“Dünən ABB səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda
səhmdarlara 200 milyon manat dividend ödənilməsi barədə qərar qəbul
olunub. Bununla da ABB artıq ardıcıl 8-ci ildir səhmdarlarına
yüksək dividend ödəyir. Səhmdarların pay bölgüsünə uyğun olaraq
dividendlərin 184 milyon manatı dövlətə, qalan hissəsi isə digər
səhmdarlara ödəniləcək”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir