
Bakı. Trend:
Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda məcburi
əməyə məruz qaldığı məlum olub.
Trend-in
məlumatına görə, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları,
Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə
iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun illik məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə ixtisaslaşmış xüsusi polis qurumu
tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə
1 (sabit) məcburi əmək faktı
müəyyən edilərək cinayət işi başlanılıb.
Aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin
Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.

