13 aeroport fəaliyyətini dayandırdı

Baş səhifə

Cənubi Rusiya Hava Naviqasiyası şöbəsinin inzibati binasına dron hücumu səbəbindən on üç hava limanı dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarında əməliyyatlar müvəqqəti olaraq dayandırılıb”.

Nazirlik qeyd edib ki, personal təhlükəsizdir və mütəxəssislər hazırda avadanlığın funksionallığını təhlil edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir