
Bakı.Trend:
Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır.
Trend xəbər
verir ki Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 11:00-a
olan məlumatında qeyd edilib.
Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv
xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və
Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl,
Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan,
Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı,
Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa,
Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində
xırda ölçülü dolu düşüb.

