İran “neft ixracını pozmaq” niyyətində olan tankerin ələ keçirildiyini açıqlayıb

Baş səhifə

İran daha bir neft tankeri ələ keçirib.

“Tasnim”in xəbərinə görə, “OCEAN KOI” adlı tanker İranın Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat zamanı saxlanılıb.

Əməliyyatın yayımlanan videogörüntüsündə İran xüsusi təyinatlılarının tankerə daxil olduğu görünür.

Məlumata görə, “OCEAN KOI” neft tankeri İranın neft ixracına maneə törətmək niyyətində olub.

Tankerin harada ələ keçirildiyi ilə bağlı məlumat açıqlanmayıb.

Qeyd edək ki, İran bundan əvvəl də Hörmüz boğazında bir neçə gəmini saxlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir