İranın dəniz piyadaları neft tankerini saxlayıb

Baş səhifə

Bakı.Trend:

İranın hərbi dəniz qüvvələri xüsusi əməliyyat keçirərək Barbados
bayrağı altında üzən “Ocean Koi” neft tankerini saxlayıb.

Trend xəbər verir
ki, bu barədə İran mediası məlumat yayıb.

“Xüsusi əməliyyatın gedişində İran İslam Respublikasının dəniz
piyadaları neft ixracını pozmağa və bununla İran xalqının
maraqlarına ziyan vurmağa çalışmış qanunsuz “Ocean Koi” tankerini
saxlayıb”, – deyə məlumatda qeyd olunur.




Qeyd olunur ki, tanker saxlanıldıqdan sonra İslam
respublikasının cənub sahillərinə doğru yönləndirilib.

Gəminin Oman körfəzində saxlanıldığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir