UNEC-də “Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümünə həsr olunan “Heydər Əliyev irsi: Elm, təhsil və milli
tərəqqi” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbirdən öncə UNEC kollektivi Fəxri Xiyabanda Ulu Öndərin
məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli
Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra konfransın
qonaqları ilə birlikdə Ulu Öndərin UNEC-də ucaldılan büstü önünə
əklil qoyulub.

Sonra konfrans iştirakçıları UNEC Kitabxana-İnformasiya Mərkəzi
tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablar,
həmçinin UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət
rəsm əsərləri ilə tanış olublar.

Konfransın rəsmi açılışında giriş sözü ilə çıxış edən Elm və
innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev
çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elm və
təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib. O bildirib ki,
Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən məqsədyönlü
islahatlar nəticəsində ümumtəhsil və ali təhsil sistemində mühüm
nailiyyətlər əldə olunub, məktəblərin və ali təhsil müəssisələrinin
maddi-texniki bazası gücləndirilib. R.Rzayev qeyd edib ki, dahi
şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu
gün də Azərbaycanın davamlı inkişafına və milli tərəqqisinə xidmət
edir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik Dilqəm Tağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəyə
rəhbərliyi dövründə yüksəkixtisaslı kadr hazırlığı istiqamətində
həyata keçirilən islahatlara diqqət çəkib. O bildirib ki, elm və
təhsil infrastrukturunun yenilənməsi, gənc tədqiqatçıların
dəstəklənməsi və rəqabətqabiliyyətli kadr hazırlığı bu gün də
Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Milli Məclisin deputatı Sadiq Qurbanov isə Ulu Öndər Heydər
Əliyevin ölkənin iqtisadi və sosial sahələrinin inkişafına verdiyi
mühüm töhfələrdən danışıb. O vurğulayıb ki, Azərbaycanın bu gün
əldə etdiyi uğurlar məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji
inkişaf kursunun məntiqi nəticəsidir.

Heydər Əliyevin Azərbaycanın müasir dövlətçiliyinin
formalaşmasındakı müstəsna rolundan bəhs edən Yeni Azərbaycan
Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu
Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün də ölkənin bütün
sahələrində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil
Həsənov “Elm və təhsilin inkişafında Heydər Əliyev strategiyası”
mövzusunda məruzə ilə çıxış edib.

Konfrans öz işini “Elm və innovasiya siyasəti”, “Təhsil və insan
kapitalı”, “Milli tərəqqi və davamlı inkişaf” mövzularında bölmə
iclasları ilə davam etdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir