
Ermənistanın Baş naziri Nikol Pashinyan Sünik vilayətində seçkiqabağı kampaniyasını davam etdirir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çıxışları zamanı hakimiyyəti ərazi itkilərində ittiham edənlərlə razılaşmayıb.
“Qəti şəkildə demək istəyirəm: biz ərazilər itirməmişik. Çünki bizə bizim və bizə məxsus kimi təqdim edilən ərazilər nəinki bizə aid deyildi, əksinə, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində sahiblik və aidiyyət hüququmuzu zəiflətmək üçün istifadə olunurdu”, – deyə o bildirib.
Nikol Paşinyanın sözlərinə görə, “Qarabağ hərəkatı” erməni xalqı üçün taleyüklü səhv olub.
“Nə desək, bizə cavab verirlər: ‘Bəs Qarabağ necə olsun?’ Bizi aldadırdılar və Qarabağ naminə pis yaşadığımız fikrini aşılayırdılar”, – deyə o qeyd edib.
Nikol Pashinyan həmçinin əmin edib ki, Ermənistanın heç bir hakimiyyəti Qarabağ üçün “Vətəndaş müqaviləsi” partiyası qədər iş görməyib.
“Ermənistanın hesabına Qarabağda yüksək maaşlar və pensiyalar var idi. Bunu unudan insanlar isə nankordurlar və aldıqlarını inkar edirlər”, – deyə Paşinyan bildirib.

