
Bakı. Trend:
Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun
rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Azərbaycanda turizm
sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri,
turizm bazarının genişləndirilməsi və turizmin inkişafı
istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər
ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyevin təqdimatı dinlənilib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa
dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar
qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar
verilib.

