Qarabağ Universitetində təhsil almaqdır – Ölkə birincisi

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik)
orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi
buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə
üzrə 8 nəfər maksimum nəticə göstərib.

300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Bakı
şəhəri 103 nömrəli məktəbin şagirdi İsmayılzadə Nərgiz imtahan
təəssuratlarını Trend-ə bölüşüb.

Ölkə birincisi olan Nərgiz bildirib ki, imtahan nəticələrini
atasından öyrənib.

“Onun sevincli səsini eşidəndə məlum oldu ki, ölkə
birincilərindən olmuşam. Çox sevindim və həyəcanlandım. Ölkə
birincilərindən olmaq çox gözəl hissdir. İmtahan sualları
ümumilikdə çətin deyildi. Mənim üçün ən rahat fənn ingilis dili
oldu”.




Nərgiz qeyd edib ki, 4-cü ixtisas qrupu üzrə hazırlaşmağı
planlaşdırır:

“Gələcəkdə tibb sahəsini seçməyi düşünürəm. Xüsusilə cərrah
olmaq istəyirəm. Hazırda əsas hədəfim Qarabağ Universiteti-ndə
təhsil almaqdır”.

“İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur ki, çox
çalışsınlar və hər gün mütəmadi şəkildə dərs oxusunlar. Davamlı
hazırlıq uğurun əsas açarıdır”, – o, əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir