
Azərbaycanda müxtəlif istiqamətlərdə bir sıra müntəzəm avtobus
marşrutu müsabiqəyə çıxarılır.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat
verilib.
Bildirilib ki, 214 və 214A nömrəli şəhərətrafı, Bakı–Siyəzən,
Bakı–Ağcabədi, Bakı–Qəbələ, Bakı–Mingəçevir, Bakı–Ağdaş,
Bakı–İsmayıllı, Bakı–İmişli, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə,
Gəncə–Yevlax, Yevlax–Gəncə, Bərdə–Kəlbəcər, Gəncə–Balakən,
Gəncə–Zaqatala, Mingəçevir–Zərdab, Qəbələ–Şəki, Oğuz–Mingəçevir,
Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, Beyləqan–Sumqayıt,
Zaqatala–Gəncə, Yardımlı–Bakı, Yardımlı–Sumqayıt, Bakı–Yardımlı,
Sumqayıt–Yardımlı, Yardımlı–Şirvan, Göyçay–Gəncə, Gəncə–Goranboy və
Goranboy–Gəncə şəhərlərarası, eləcə də Burunqovaq (Samux) – Gəncə
(Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı),
Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Əhmədabad kəndi
(Goranboy) – Gəncə (avtovağzal), Qarabağlar (Samux) – Gəncə
(Dəmiryol vağzalı) və Qurbanzadə kəndi (Goranboy) – Gəncə
(avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.
Sənədlər 6 iyun 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı
şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Siyəzən,
Bakı–Ağcabədi, Bakı– Qəbələ, Bakı–Mingəçevir, Bakı–Ağdaş,
Bakı–İsmayıllı, Bakı–İmişli, Gəncə–Gədəbəy və Gədəbəy–Gəncə
istiqamətlərində 11 lot üzrə iyunun 16-da, Gədəbəy–Gəncə,
Gəncə–Yevlax, Yevlax–Gəncə, Bərdə–Kəlbəcər, Gəncə–Balakən,
Gəncə–Zaqatala, Mingəçevir–Zərdab, Qəbələ–Şəki və Oğuz–Mingəçevir
istiqamətlərində 11 lot üzrə iyunun 19-da, Lənkəran–Sumqayıt,
Beyləqan–Gəncə, Beyləqan–Sumqayıt, Zaqatala–Gəncə, Yardımlı–Bakı,
Yardımlı–Sumqayıt, Bakı–Yardımlı, Sumqayıt–Yardımlı,
Yardımlı–Şirvan və Göyçay–Gəncə istiqamətlərində 10 lot üzrə iyunun
23-də, Gəncə–Goranboy və Goranboy–Gəncə şəhərlərarası, Burunqovaq
(Samux) – Gəncə (Dəmiryol vağzalı), Qaraarx (Samux) – Gəncə
(Dəmiryol vağzalı), Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal),
Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Qarabağlar (Samux)
– Gəncə (Dəmiryol vağzalı) və Qurbanzadə kəndi (Goranboy) – Gəncə
(avtovağzal) istiqamətlərində, eləcə də paytaxtın 214 nömrəli
(C.Naxçıvanski küçəsi – Ramana qəsəbəsi) və 214A nömrəli (Ramana
qəsəbəsi – “Koroğlu” NMM) avtobus marşrutları üzrə 10 lotda iyunun
30-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.

