Ağacların qanunsuz kəsilməsi nəticəsində dəyən ziyanın məbləği açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520
manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və
Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşıllıqların
qanunsuz kəsilməsi faktları aşkar olunub.




Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi
22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı
məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı
məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin
kəsişməsində, Xəzər rayonu Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz
İbrahimov küçəsində, Zaqatala rayonu Əliabad qəsəbəsində, Qax
rayonu Əlibəyli kəndində, Qəbələ rayonu Tüntül kəndi və Nic
qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara
149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir