Bolqarıstanda yeni hökümət qurulub

Baş səhifə

Bakı.Trend:

Bolqarıstan parlamenti “Mütərəqqi Bolqarıstan” partiyasının
lideri Rumen Radevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Onun
namizədliyinin lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə
çıxıb, daha 36 nəfər isə bitərəf qalıb.

Trend bu barədə
xarici KİV-ə istinadəna xəbər verir.




Baş nazirlə yanaşı, hökumətin yeni tərkibi də təsdiqlənib.
Daxili işlər naziri vəzifəsinə İvan Demerciyev, müdafiə naziri
vəzifəsinə Dimitar Stoyanov, xarici işlər naziri vəzifəsinə isə
Velislava Petrova-Çamova təyin olunub. Səsvermədən sonra Nazirlər
Kabinetinin üzvləri parlamentdə and içiblər.

2026-cı ilin əvvəlindən etibarən Bolqarıstan Rosen Jelyazkovun
istefasından sonra müvəqqəti hökumətlə idarə olunurdu. Apreldə
keçirilən növbədənkənar parlament seçkilərində Radevin partiyası
səslərin 44,5 faizini toplayaraq parlamentdəki 240 yerdən 131-ni
qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir