Pentaqon UFO ilə bağlı arxivləri ictimailəşdirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin hərbi dəniz qüvvələri uçan naməlum obyektlərlə (UFO)
bağlı bu vaxta qədər məxfi olan arxivləri ictimailəşdirib. Arxivlər
Pentaqonun saytında dərc olunub.

Bu barədə Trend
xəbər verir.

ABŞ-nin məxfilikdən çıxarılan UFO materiallarının ilk hissəsinə “Apollo 17 Moon Landing” aya eniş missiyasının arxiv görüntüləri,
2025–2026-cı illərə aid yeni hərbi müşahidələr və bir neçə müəmmalı
hadisə daxil edilib.




İlk topluya 2023-cü ilin oktyabrında Birləşmiş Ərəb Əmirliyi
səmasında qeydə alınmış və “həlli tapılmamış hadisə” kimi təsnif
edilən insidentin videosu da daxil edilib. Pentaqonun yayımladığı
görüntülərdə gecə səmasında hərbi müşahidə vasitələri tərəfindən
qeydə alınmış, nizamsız hərəkət edən parlaq obyekt görünür. Təsvir
qeydlərində obyektin mənşəyini və xüsusiyyətlərini müəyyən etməyin
mümkün olmadığı vurğulanır.

ABŞ prezidenti Donald Trump hələ aprelin sonunda bu məlumatların
açıqlanacağını bəyan etmişdi.

O, həmçinin qeyd edib ki, yaxın keçmişdə UFO mövzusunu bu cür
hadisələri müşahidə etmiş amerikalı hərbi pilotlarla da müzakirə
edib. ABŞ prezidentinin sözlərinə görə, pilotlar inanılması
mümkünsüz olan hallarla rastlaşdıqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir