
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Kuba hakimiyyəti Vaşinqtonun zəruri
hesab etdiyi bir sıra siyasi və iqtisadi islahatları həyata
keçirənə qədər respublikaya qarşı ölçülər götürməyə davam
edəcək.
Trend xəbər verir
ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
“Rejim bütün zəruri siyasi və iqtisadi islahatları həyata
keçirənə qədər ölçülər götürməyə davam edəcəyik”, -deyə Rubio “X”
sosial şəbəkə hesabında yazıb.
Dövlət katibinin sözlərinə görə, Vaşinqton hələ də hesab edir
ki, müasir Kuba regionda ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid
yaradır.
Mayın 7-də ABŞ Amerika hökumətinin fikrincə Kuba
iqtisadiyyatının təxminən 40 faizinə nəzarət edən GAESA
konqlomeratına, həmçinin bu təşkilatın rəhbərinə və ada dövlətində
nikel hasilatı ilə məşğul olan birgə müəssisəyə qarşı sanksiyalar
tətbiq edib. Məhdudiyyətlər ABŞ prezidenti Donald Trump tərəfindən
mayın 1-də imzalanmış və Kubaya qarşı birtərəfli sanksiyalar
rejiminin kəskin şəkildə sərtləşdirilməsini nəzərdə tutan fərman
əsasında tətbiq olunur.

