
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya
çempionatının oyunlarına biletlərin baha olması səbəbindən onları
almayacağını etiraf edib.
Trend xəbər verir
ki, barədə “The New York Times” nəşri yazır.
Amerikalı lider ABŞ və Paraqvay milli komandaları arasında
keçirilməli olan matçın bilet qiymətlərinin 1000 dollara yaxın
olduğuna diqqət çəkib.
“Bu məbləğdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim,
amma düzünü desəm, mən də olsaydım onlara pul verməzdim”,- deyə Ağ
Evin sahibi bildirib.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək
keçiriləcək. Oyunlar eyni vaxtda üç ölkənin- ABŞ, Kanada və
Meksikanın stadionlarında baş tutacaq. Oyunlara biletlərin qiyməti
100 dollardan – 6370 dollara qədər dəyişir.

