Meksikada hakimiyyət narkokartellərin əlindədir – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Meksikada real hakimiyyətin
narkokartellərin nəzarətində olduğunu iddia edib.

Trend xəbər verir ki, o
bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Meksikanı kartellər idarə edir, başqa heç kim yox. Orada əsas
güc məhz kartellərdir”, – deyə ABŞ prezidenti vurğulayıb.




Tramp bildirib ki, ABŞ-yə sintetik opioid olan fentanilin
qanunsuz yollarla daşınmasının əsas səbəbi də məhz budur.

Son həftələrdə Vaşinqton və Mexiko arasında münasibətlərdə
gərginliyin artdığı qeyd olunur. Daha əvvəl Tramp narkotik
qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək üçün ABŞ-nin
Meksikanın daxili proseslərinə müdaxilə edə biləcəyi ilə bağlı
xəbərdarlıq etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir