“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu
transfer etmək istəyir.

Trend xəbər verir ki,
bu barədə jurnalist Nikolo Şira məlumat verib.




Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 26 yaşlı futbolçu
üçün 45 milyon avro ödəməyə və braziliyalıya 2031-ci ilə qədər
müqavilə təklif etməyə hazırdır.

Ederson bu mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, iki
qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı
məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir