İranın qərbində zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Bu gün İranda yerli vaxtla saat 07:43-də İranın qərbində
yerləşən Lorestan vilayətində 4,2 bal gücündə zəlzələ baş
verib.

Trend-in
məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Kuhdəşt rayonunda 7 km
dərinlikdə qeydə alınıb.




Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün
qüvvələr cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir