
Bakı. Trend:
ABŞ-nin neft emalı zavodunda güclü partlayış baş verib.
Trend xarici
mediaya istinadlaxəbər verir ki, hadisə Luiziana ştatında yerləşən
“PBF Energy” şirkətinə aid “Chalmette Refining” NEZ müəssisəsində
olub və yanğınla müşayiət olunub.
Hadisə şahidlərinin sosial şəbəkələrə yerləşdirdiyi
videogörüntülərdə zavodun üzərində alov və qatı qara dumanın
qalxdığını görmək olur.
Hadisə yerinə gələn yanğınsöndürənlər bir neçə saatdan sonra
alovu tam söndürməyə nail olublar.
Hadisənin səbəbləri araşdırılır. Partlayış nəticəsində
xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

