“Fitch” sıxılmış təbii qaz tədarüklərində pozuntu riskləri fonunda TTF üzrə proqnozlarını artırıb

Baş səhifə

Bakı. Trend:

“Fitch Ratings” reytinq agentliyi 2026–2029-cu illər üçün təbii
qaz qiymətləri üzrə proqnozlarını yeniləyib.

Trend xəbər verir
ki, agentlik Hörmüz boğazı ilə bağlı risklər səbəbindən sıxılmış
təbii qaz (STQ) bazarında gərginliyin davam edəcəyi gözləntiləri
fonunda Avropanın TTF etalon göstəricisi üzrə proqnozları artırıb,
ABŞ-nin “Henry Hub” göstəricisi üzrə proqnozları isə dəyişməz
saxlayıb.

Yenilənmə regional amillər arasında fərqlərin olduğunu əks
etdirir: ABŞ-nin məhdud ixrac gücləri fonunda Avropada daha ağır
təchizat şəraiti formalaşır.

Yenilənmiş baza qaz qiyməti proqnozları:

Henry Hub (ABŞ dolları/mcf)




2025 (faktiki): 3,5
2026: 3,50 (dəyişməyib)
2027: 3,25 (dəyişməyib)
2028: 3,00 (dəyişməyib)
2029: 2,75 (dəyişməyib)
Ortamüddətli səviyyə: 2,75 (dəyişməyib)

TTF (ABŞ dolları/mcf)

2025 (faktiki): 11,9
2026: 14,0 (əvvəl: 12,0)
2027: 9,0 (əvvəl: 7,0)
2028: 7,0 (dəyişməyib)
2029: 7,0 (dəyişməyib)
Ortamüddətli səviyyə: 5,0 (dəyişməyib)

Fitch hər iki etalon göstərici üzrə stress-ssenarini dəyişməz
saxlayıb. 2026–2029-cu illərdə Henry Hub üçün proqnoz 2,25–3,00 ABŞ
dolları/mcf diapazonunda qiymətləndirilir. TTF isə 2026–2029-cu
illər üçün 5,0 ABŞ dolları/mcf, ortamüddətli perspektivdə isə 4,5
ABŞ dolları/mcf səviyyəsində qalır.

Fitch bildirib ki, TTF üzrə proqnozun artırılması Qətərin STQ
tədarüklərinin qlobal enerji ticarətinin əsas marşrutlarından biri
olan Hörmüz boğazından keçidi zamanı gözlənilən fasilələrlə
bağlıdır: “TTF qiymətləri üzrə yüksəldilmiş ehtimallar Qətərin STQ
tədarüklərinin Hörmüz vasitəsilə daşınmasında yaranan fasilələri
əks etdirir. Boğazın təxminən iyul ayında yenidən açılacağı ehtimal
edilsə belə, Avropa qaz bazarı 2026-cı il boyunca gərgin olaraq
qalacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir