İsrail Livan sakinlərinə çağırış edib

Baş səhifə

Bakı.Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah hərəkatına hədəflənmiş
aviazərbələr ərəfəsində Livanın cənubunda doqquz kəndin sakinlərini
təcili təxliyə olunmağa çağırıb.

Trend xəbər verir
ki, bu barədə IDF rəsmi nümayəndəsi Polkovnik Aviçay Adray bəyanat
verib.




“Hizbullah terror təşkilatının atəşkəs razılaşmasının şərtlərini
pozması fonunda IDF onlara qarşı güc tətbiq etməyə məcbur qalıb və
sizə heç bir zərər vurmaq niyyətimiz yoxdur”, – deyə sözçü mülki
əhaliyə müraciətində deyib.

Xəbərdarlıq Teyr Dəbba, Abbasiyə, Bürc Rahal, Marub, Barış,
Ərzun, Cənnətə, Zrariyə və Eyn Bəəl yaşayış məntəqələrinin
sakinlərinə edilib və onların azı bir kilometrə qədər təhlükəsiz
məsafəyə təxliyə olunmaları xahiş olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir