
Bakı. Trend:
“Real”ın futbolçusu Vinisius Junior karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend.az xəbər
verir ki, “Mançester Siti” braziliyalı vingerin xidmətində
maraqlıdır. bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Vinisius “kral klubu” ilə gələn ilin yayında başa çatan
müqavilənin uzadılması ilə bağlı hələ ki razılığa gəlməyib.
İngiltərə klubu bu durumu yaxından izləyir. “Şəhərlilər” yaxın
vaxtlarda 25 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, “Real” Vinisius Junioru 2018-ci ilin yayında “Flamenqo”dan 45 milyon avroya transfer edib. Braziliya millisinin
üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 550
rəsmi matçda 21 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

