
Bakı. Trend:
Çexiyanın paytaxtı Praqanın mərkəzində – Blanitska küçəsində
yerləşən otellərdən birində güclü yanğın baş verib.
Trend xəbər verir
ki, bu barədə Çexiyanın Birləşmiş Xilasetmə və Yanğın-Mühafizə
Xidmətinin rəsmi “X” səhifəsində məlumat yayıb.
Binadan insanlar təxliyə edilib. Hadisə yerinə üç xilasetmə
briqadası səfərbər olunub.
Hadisə nəticəsində iki nəfərin dəm qazından zəhərləndiyi
bildirilir. Yanğın otelin zirzəmi hissəsində meydana gəlib.
Ekspertlər onun səbəblərini araşdırırlar.
Yanğınla əlaqədar ətrafdakı mərkəzi küçələrdə tramvayların
hərəkəti dayandırılıb.

