
Bakı. Trend:
Bəhreynin təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı
Keşikçiləri (SEPAH) korpusu ilə əlaqələrdə şübhəli bilinən 41
nəfəri saxlayıb.
Trend xəbər verir
ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Məlumata görə, sözügedən şəbəkə operativ materiallar, xüsusi
xidmət orqanlarının raportları, eləcə də yerli prokurorluqların
xarici dövlətlərin xeyrinə və İranın hücumlarına dəstəklə bağlı
açdığı cinayət işləri əsasında ifşa olunub.
Qeyd olunur ki, saxlanılan şəxslər həmin təşkilatın əsas
strukturuna üzv olan şəxslər olub. Hazırda saxlanılan 41 nəfərlə
bağlı müvafiq hüquqi prosedurlar yerinə yetirilir.

