“Liverpul” Braziliya millisinin üzvünü transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Nottingem Forest”in müdafiəçisi Murilyo İngiltərə Premyer
Liqasında klubunu dəyişə bilər.

Trend xəbər
verir ki, “Liverpul” braziliyalı futbolçunun xidmətində maraqlıdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




Mersisayd təmsilçisi Murilyonu yayda transfer etmək istəyir.
Klubu 23 yaşlı mərkəz müdafiəçisini 70 milyon avroya satmağa
hazırdır.

Qeyd edək ki, “Nottingem Forest” Murilyonu 2023-cü ilin yayında “Korintians”dan 12 milyon avroya transfer edib. Braziliya
millisinin üzvü cari mövsümdə “qırmızılar”ın heyətində meydana
çıxdığı 39 rəsmi matçda 2 qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir