Orban baş naziri vəzifəsindən istefa verəcək

Baş səhifə

Bakı. Trend:

Viktor Orban mayın 9-da Macarıstanın baş naziri vəzifəsindən
istefa verəcək.

Trend xarici
mediaya istinadla xəbər verir ki, “Tisa” partiyasının lideri Péter
Maqyar baş nazir postunu tutacaq.




Orban rekord müddət ərzində baş nazir vəzifəsində çalışıb. Heç
bir siyasətçi Macarıstan hökumətinə bu qədər uzun müddət rəhbərlik
etməyib. Orbanın partiyası 2002-ci ildən bəri hakimiyyətdə olan
Sosialist Partiyasını əvəz edib. 2014, 2018 və 2022-ci illərdə
keçirilən seçkilərdən sonra parlament çoxluğunu qoruyub
saxlayıb.

Daha əvvəl Maqyar istefa verən Viktor Orban kabinetinə qarşı
sərt ittihamlar irəli sürüb, dövlət xəzinəsinin qəsdən tükəndiyini
və büdcə kəsirinin kəskin şəkildə artdığını iddia edib.
Siyasətçinin sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsinin kəsiri
əvvəlcə planlaşdırılan 3,9% əvəzinə ÜDM-in 6,8%-ni təşkil
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir