Hantavirus yeni COVID-19 deyil – Qebreyesus

Baş səhifə

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom
Qebreyesus hantavirusla bağlı açıqlama yayıb.

Trend xəbər
verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

Baş direktor bildirib ki, sözü gedən virus yeni COVID-19
deyil.

Qebreyesus bildirib ki, MV Hondius gəmisində aşkarlanan Andes
ştamlı hantavirus ciddi olsa da, hazırkı ictimai sağlamlıq riski
aşağı olaraq qiymətləndirilir:

“Bu, yeni COVID-19 deyil. ÜST risk qiymətləndirməsini
məsuliyyətlə aparıb”.




Onun sözlərinə görə, Tenerifedə olan insanlar üçün təhlükə aşağı
səviyyədədir.

Baş direktor bildirib ki, gəmidə hazırda simptomları olan
sərnişin yoxdur: “ÜST ekspertləri gəmidə fəaliyyət göstərir, tibbi
ləvazimatlar təmin edilib və İspaniya hakimiyyəti sərnişinlərin
təhlükəsiz şəkildə təxliyəsi üçün mərhələli plan hazırlayıb. Plana
əsasən, sərnişinlər yaşayış məntəqələrindən uzaqda yerləşən
Qranadilla sənaye limanına gətiriləcək, qapalı və mühafizə olunan
nəqliyyat vasitələri ilə tam nəzarət olunan marşrut üzrə birbaşa öz
ölkələrinə göndəriləcəklər”.

O, sakinləri sərnişinlərlə təmas olmayacağına əmin edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir