
Bakı. Trend:
Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa
çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər
arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Trend-in
məlumatına görə, idmançılarımız mötəbər yarışda Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə iştirak edirlər. Komandamız Fudokan üzrə
nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun
rəhbərliyi altında çıxış edir.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı, eləcə də
yeniyetmə və gənclər arasında Avropa kuboku üzrə yarışlara mayın
10-da yekun vurulacaq. Hazırda bir neçə yeniyetmə və gənc
karateçimiz Avropa kuboku uğrunda mübarizəni davam etdirir.

