Həmzət Çimayev ilk məğlubiyyətini aldı – UFC-dəki titulunu itirdi

Baş səhifə

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan qarışıq döyüş növləri (MMA) döyüşçüsü Həmzət Çimayev Nyuarkda (ABŞ) keçirilən “UFC 328” turnirinin əsas döyüşündə amerikalı Şon Striklendə məğlub olub.

Modern.az xəbər verir ki, bu, 15 qələbəsi olan Çimayevin karyerasında ilk məğlubiyyəti olub.

Beş raundun yekunlarına görə qələbə hakimlərin fərqli qərarı ilə Striklendə verilib.

Beləliklə, Çimayev orta çəkidə UFC çempionu titulunu qoruya bilməyib.

Qeyd edək ki, Striklend 7 məğlubiyyət qarşılığında 31 döyüşdə qalib gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir