Bu gün 2-ci liqada çempion müəyyənləşə bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2-ci liqasında 26-cı tur davam edir.

Trend xəbər
verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

Lider “Xankəndi” “Şirvan”la, 2-ci yerdəki “Qaradağ Lökbatan” isə “Quba” ilə qarşılaşacaq. Sözügedən görüşlərlə sona 1 tur qalmış
liqada çempion müəyyənləşə bilər.

Hazırda “Xankəndi”nin 70, “Qaradağ Lökbatan”ın 67 xalı var. “Qaradağ Lökbatan” uduzacağı halda “Xankəndi”yə 1 xal da bəs
edəcək. Əgər 2-ci yerdəki komanda heç-heçə edərsə, lider kollektivə
çempionluğu rəsmiləşdirmək üçün qələbə lazım olacaq. Lakin hər iki
komanda uduzsa, heç-heçə etsə və ya qələbə qazansa, çempionluğun
taleyi son tura qalacaq.

11 may (bazar ertəsi)

“Xankəndi” – “Şirvan”
Şamaxı OİK sadionu

“Qaradağ Lökbatan” – “Quba”
Lökbatan OİK stadionu




12 may (çərşənbə axşamı)

“Dinamo” – “Şəmkir”

10 may (şənbə)

“Araz Saatlı” – “Ağstafa Gəncləri” – 3:0

“Şəki Siti” – “Göygöl” – 1:2

“Ağdaş” – “Kür-Araz” – 2:1

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir