
Bakı. Trend:
“Azərenerji” ASC 220/10/10 kV-luq “Qəbələ” yarımstansiyasının
220/110/10 kV-luq yarımstansiyaya çevrilməsi məqsədilə yenidənqurma
işləri üzrə tender elan edib.
Trend xəbər verir ki,
tender prosedurunda iştirak haqqı 3 415,80 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini mayın 18-i
saat 15:30-dan gec olmayaraq təqdim etməlidirlər. Tender
paketlərinin açılışı da həmin gün saat 15:30-da keçiriləcək.
Əlavə məlumat üçün:
Telefon: (+994) 12 490 09 27
Əlaqələndirici şəxs: Həmid İsazadə
Elektron poçt: [email protected]
Ünvan: AZ1065, Bakı şəhəri, akademik A.Əlizadə küçəsi, ev
10.

