Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Baş səhifə

Bakı. Trend:

Hantavirusun yayıldığı MV Hondius kruiz gəmisindən təxliyə
edilən 14 ispaniyalının karant müddəti açıqlanıb.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu İspaniyanın Səhiyyə
məsələləri üzrə dövlət katibi Xavyer Padilya deyib ki, həmin
şəxslərin karantin müddəti mayın 6-dan başlayıb və ümumilikdə 42
gün davam edəcək.

Mayın 10-da Kanar adaları vətəndaşları Tenerifedən (Kanar
adalarının muxtar icmasında) Madriddəki hərbi xəstəxanaya
köçürülüblər.

Bildirilib ki, həmçin şəxslər yeddi gün ərzində ciddi karantində
olacaqlar. Əsas məsələ başlanğıc nöqtəsini müəyyən etməkdir. Bu
tarix 6 may olaraq təyin edilib.




Gəmi əvvəllər Tenerife limanında lövbər salmışdı. İspaniya
hakimiyyəti gəmidəki insanların təxliyəsi üçün xüsusi protokol
hazırlayıb. Son repatriasiya reysi 11 maya planlaşdırılıb. Təxliyə
prosesi başa çatdıqdan sonra gəminin və təxminən 30 heyət üzvünün
dezinfeksiya ediləcəyi Niderlanda yola düşməsi gözlənilir.

Gəmidə olan səkkiz nəfərin hantavirus testi müsbət nəticə verib.
Üç sərnişin ölüb, bir xəstə isə Yohannesburq xəstəxanasında ağır
vəziyyətdədir. İnfeksiyanın daha da yayılmasının qarşısını almaq
üçün sərnişinlərə kabinələrində qalmaları əmr edilib. Lakin
hantavirusun inkubasiya dövrü bir neçə həftə çəkə bilər ki, bu da
yeni yoluxma hallarının tez bir zamanda müəyyən edilməsini
çətinləşdirir. Aprel ayında Niderland bayrağı altında üzən gəmi
Argentinanın Uşuaya şəhərindən yola düşərək son təyinat yeri olan
Kanar adalarına istiqamət alıb. Gəmidə əsasən ABŞ, Birləşmiş
Krallıq, İspaniya və Niderland vətəndaşları olan təxminən 150 nəfər
olub.

Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin
insanlara da keçə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş
şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı ilə üzləşirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir