
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) Səudiyyə Ərəbistanı nümayəndə heyətinə ölkənin bələdiyyələr və mənzil-tikinti naziri Məcid bin Abdullah əl-Hoqayl rəhbərlik edəcək.
APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dövlət xəbər agentliyi məlumat yayıb.
Səfərin məqsədi şəhərsalma, mənzil siyasəti və dayanıqlı şəhər inkişafı sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

