Taylandın keçmiş Baş naziri azadlığa buraxılıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin sentyabrında Tayland Ali Məhkəməsi tərəfindən həbs
cəzasına məhkum edilmiş keçmiş Baş nazir Taksin Şinavatra şərti
olaraq azadlığa buraxılıb.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Keçmiş baş nazir səkkiz aylıq cəzasını çəkdikdən sonra Banqkok
həbsxanasından azadlığa buraxılıb.

Şinavatra həbsxana qapılarında ailə üzvləri tərəfindən
qarşılanıb. O, tərəfdarları ilə görüşsə də, jurnalistlərlə
danışmaqdan imtina edib.




Şərti azadlığa buraxılmasının bir hissəsi olaraq, keçmiş baş
nazir sentyabr ayına qədər dörd ay ərzində Banqkokda qeydiyyatda
olduğu yerdə yaşamalı, elektron qolbaq taxmalı və mütəmadi olaraq
şərti azadlıq məmurlarına hesabat verməlidir.

Şinavatra 2001-ci ildən 2006-cı ilə qədər Taylandın Baş naziri
vəzifəsində çalışıb. O, hərbi çevriliş nəticəsində devrilib.
Bununla belə, onun müəyyən siyasi təsirini saxladığı düşünülür.

Şinavatra 15 ildən çox ölkə xaricində yaşayıb və 2023-cü ildə
onun Phua Thai partiyası hakimiyyətə gəldikdən sonra Taylanda
qayıdıb. Qayıtdıqdan sonra o, hakimiyyətdən sui-istifadə də daxil
olmaqla müxtəlif ittihamlarla səkkiz il həbs cəzasına məhkum
edilib. Şinavatra həbsxanada bir gündən az vaxt keçirib;
səhhətindəki problemlərə görə xəstəxanaya köçürülüb. Daha sonra
şərti azadlığa buraxılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir