“Yuventus” İngiltərə klublarından 60 milyon avro tələb edir

Baş səhifə

Bakı. Trend:

“Yuventus”un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Liverpul” italiyalı futbolçunu
transfer etmək istəyir. Bu barədə “TEAMtalk” məlumat yayıb.




İngiltərə klubları Kambyazo üçün yaxın vaxtlarda hərəkətə
keçməyi planlaşdırır. A Seriyası nəhəngi 26 yaşlı sol cinah
müdafiəçisi üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Yuventus” Andrea Kambyazonu 2022-ci ilin yayında “Cenoa”dan 15 milyon avroya transfer edib. İtaliya millisinin üzvü
cari mövsümdə Turun təmsilçisinin heyətində meydana çıxdığı 45
rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir