
Bakı. Trend:
Almaniya ilə Ukrayna uzaq məsafəyə uça bilən pilotsuz uçuş
aparatlarının birgə istehsalını planlaşdırır.
Trend xəbər verir ki,
bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə
ukraynalı həmkarı Mixail Fyodorovla keçirdiyi görüşdən sonra təşkil
olunan mətbuat konfransında danışıb.
Nazir qeyd edib ki, Berlin Almaniya və Ukrayna şirkətləri
arasında birgə müəssisələrin yaradılmasını dəstəkləyir.
Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində 100 kilometrlikdən
1 500 kilometrədək uçuş məsafəsinə malik müxtəlif tipli dronların
hazırlanması və istehsalı nəzərdə tutulur.
Bildirilir ki, təşəbbüs həm yeni texnologiyaların inkişafını,
həm də ortaq istehsal mexanizmlərinin qurulmasını əhatə
edir.

