
Bakı. Trend:
78 yaşlı məşqçi Dik Advokat 2026 Dünya Çempionatında Çuraçao
millisi ilə çalışacaq.
Trend xəbər verir ki,
Fevral ayında Advokat qızının səhhətində yaranan problemlərə görə
yığmadan ayrılmışdı.
“De Telegraaf” və digər Niderland KİV-lərinin məlumatına görə,
Advokat yenidən öz postuna qayıdacaq. Qızının vəziyyəti
yaxşılaşdığı üçün futbolçular və sponsorlar təcrübəli mütəxəssisdən
geri dönməsini xahiş ediblər. Yığmanın sponsorları Advokat
qarşısındakı bütün maliyyə öhdəliklərini öz üzərinə götürəcək.
Fred Rutten isə Advokatdan sonra Çuraçao yığmasına rəhbərlik
etsə də, onun geri dönüşünə mane olmayacaq. Gözlənilir ki,
Advokatın qayıdışı ilə bağlı rəsmi açıqlama çərşənbə axşamı
veriləcək.
Daha əvvəl “Zenit” və Russiya millisi ilə çalışan Advokat
2024-cü ilin yanvarından Çuraçao millisinin baş məşqçisi idi. Onun
rəhbərliyi altında komanda 2026 Dünya Çempionatına vəsiqə qazanıb.
Yığma turnirin qrup mərhələsində Almaniya, Ekvador və Kot-Divuar
ilə qarşılaşacaq.

