
Bakı. Trend:
“Lufthansa Group” 2026-cı ilin ilk rübündə gəlirlərinin 8 faiz
artaraq 8,8 milyard avroya çatmasına baxmayaraq zərərlə üzləşdiyini
bildirib.
Trend xəbər verir ki,
şirkətin zərəri ötən ildəki 722 milyon avrodan 612 milyon avroya
enib.
“Lufthansa” həmçinin Yaxın Şərqdə baş verən hadisələr səbəbindən
yanacaq xərclərində təxminən 1,7 milyard avroluq əlavə xərc
gözlədiyini bildirib. Buna baxmayaraq, şirkət 2026-cı il üzrə
maliyyə proqnozlarında dəyişiklik etməyib.

