
Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohio sinfindən olan atom sualtı
qayığı NATO-ya davamlı sadiqliyin nümayişi məqsədilə Cəbəllütariq
limanına gəlib.
Trend xəbər verir
ki, bu barədə Altıncı Donanmanın (ABŞ SQ) mətbuat xidməti məlumat
yayıb.
“Ballistik raketlər daşımaq qabiliyyətinə malik ABŞ Hərbi Dəniz
Qüvvələrinin sualtı qayığı mayın 10-da Cəbəllütariqə çatıb. Liman
səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO üzrə müttəfiqləri
qarşısında öhdəliklərinə davamlı sadiqliyini nümayiş etdirir”, –
deyə məlumatda bildirilir.
Hərbi Dəniz Qüvvələri Ohio sinifli sualtı qayıqların izlənilməsi
mümkün olmayan və ABŞ üçün nüvə triadasının ən toxunulmaz dayağını
təmin edən ballistik raket buraxılış platformaları olduğunu
xatırladıb.

