
Hərbi qulluqçuların mina düşməsi faktı ilə bağlı araşdırılır.
Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib. Məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

