Gürcüstanın yeni katalikos-patriarxı taxta gəlib

Baş səhifə

Bakı. Trend:

Bütün Gürcüstanın Katolikos-Patriarxı III Şio patriarx taxtına
çıxıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Mayın 12-də Msxetada, Gürcüstanın əsas kafedral patriarx məbədi
olan Svetitsxoveli Kafedralında Gürcü Pravoslav Kilsəsinin yeni
rəhbərinin intronizasiya mərasimi keçirilib.




Xatırladaq ki, ötən gün (mayın 11-də) Senaki və Çxorotsku
mitropoliti Şio (dünyəvi adı ilə Elizbar Muciri) Gürcüstanın yeni
patriarxı seçilib. Onun lehinə 22 arxiyerey səs verib. Şiodan
başqa, patriarx taxtına daha iki namizəd var idi — Poti və Xobi
mitropoliti Qriqola (Berbiçaşvili) və Urbnisi və Ruisi mitropoliti
İov (Akiaşvili).

Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi martın
17-də vəfat edən Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın
ölümündən sonra baş tutub. O, kilsəyə təxminən yarım əsr rəhbərlik
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir