Azərbaycanla bp şirkəti arasında yeni işbirliyi istiqamətləri dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və bp şirkəti arasında yeni işbirliyi istiqamətləri
müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin yeni
baş icraçı direktoru xanım Meq O’Nillə görüşdük




Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli
səmərəli əməkdaşlığı və regionda həyata keçirilən enerji layihələri
barədə fikirlərimizi bölüşdük.

Ölkəmizlə bp şirkəti arasında yeni işbirliyi istiqamətlərini
müzakirə etdik. Meq O’Nilə yeni vəzifəsində uğurlar arzulayırıq”, –
paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir