
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian
Sea) Limited” şirkəti arasında sənədlər imzalanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“bp şirkətinin baş icraçı direktoru xanım Meq O’Nillə görüş
çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration
(Caspian Sea) Limited” şirkəti arasında sənədlər imzalandı.
İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti
arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun
inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal
iqtisadiyyatın inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi
tərəfindən yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin
təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.
“BP Exploration Limited” şirkəti ilə SOCAR arasında imzalanmış
Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində
əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi
kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək”, – paylaşımda qeyd
edilib.

